Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaşlıq layihəsi çərçivəsində Türkiyə Respublikasının Çameli şəhərinə növbəti səfər həyata keçirilir.

11 avqust 2026 | 15:25
2022-ci ilin may ayının 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli Belediyesi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər" haqqında protokola uyğun olaraq Çameli şəhərinə növbəti səfər həyata keçirilir.
Səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Cavid Əliyev, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov və liseyin əməkdaşlarından ibarət nümayəndə heyəti bu gün Çameli Bələdiyyəsinin sədri Cengiz Arslanla görüşüb.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun salamları Çameli bələdiyyə başqanına çatdırılaraq qeyd olunub ki, mütəmadi həyata keçirilən səfərlər nəticəsində şəhərlərimiz arasında təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı mübadilələr aparılır.
Görüş zamanı onlara göstərilən yüksək qonaqpərvərliyə görə bələdiyyə sədri Cengiz Arslana və bələdiyyənin kollektivinə dərin minnətdarlıq bildirilərək qarşılıqlı olaraq hədiyyələr təqdim edildi.
Qeyd edək ki, Dənizli vilayətinin Çameli bələdiyyəsinin dəstəyi ilə həyata keçirilən səfər zamanı nümayəndə heyəti Türkiyənin bir sıra mədəniyyət ocaqları, təhsil müəssisələri, liseyləri, universitetləri ilə tanışlıq görüşləri keçirəcək, ölkənin tarixi və görməli yerlərinə ekskursiyalar edəcəkdir.

 

Keçidlər