Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaşlıq layihəsi çərçivəsində növbəti səfər həyata keçirilib.

18 iyul 2024 | 09:23

2022-ci ilin may ayının 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli bələdiyyəsi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər" haqqında protokola uyğun olaraq növbəti səfər həyata keçirilib.

Qardaşlıq Protokolunun imzalanmasında məqsəd eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan Azərbaycan və Türkiyə xalqları arasında əməkdaşlığımızın daha da yüksək səviyyədə inkişafına və hərtərəfli əlaqələrin güclənməsinə töhfələr verməkdir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin və  Mubariz İbrahimov adına Biləsuvar Təhsil kompleksinin əməkdaşlarından ibarət nümayəndə heyətinin 9-18 iyul tarixlərində Türkiyə Respublikasına növbəti səfəri zamanı bir sıra görüşlər keçirilmiş və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, təhsildə bilik mübadilələrinin aparılması istiqamətində müzakirələr aparılmışdır.

Dənizli vilayətinin Çameli bələdiyyəsinin maliyyə dəstəyi ilə həyata keçirilən səfərdə nümayəndə heyətinə Türkiyənin bir sıra mədəniyyət ocaqları, təhsil müəssisələri, liseyləri, universitetləri ilə tanışlıq görüşləri təşkil edilmiş, ölkənin tarixi  və görməli yerlərinə ekskursiyalar olunmuşdur. Səfər günlərində heyət Türkiyə və Dünya Yaylacık Yamaç Paraşütü kubokunun Çamelidə keçiriləcək  ərazisində olaraq, paraşütçülərin atlayışlarını izləyiblər. Sonra səfər iştirakçıları Cumaalanı Məhəlləsində inşa olunan Günəş Enerjisi Stansiyasına baxıblar.

Nümayəndə heyəti Dənizli şəhərindəki Azərbaycan Parkında ucaldılmış Xocalı abidəsini ziyarət etmiş, Azərbaycan və türk gecələrində iştirak edərək, 15 iyul-Demokratiya və Milli Birlik gününə həsr olunmuş yürüşə qatılmışlar.

Zəngin proqramla əhatə olunmuş səfər 18 iyul tarixində başa çatmışdır.

 

Keçidlər