Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaş Çameli bələdiyyəsinin sədri Cengiz Arslan Biləsuvar rayonuna səfərə gəlib.

03 oktyabr 2023 | 14:43

Biləsuvar rayonuna səfərə gələn qardaş  Türkiyə Cümhuriyyətinin Dənizli vilayətinin Çameli bələdiyyəsinin sədri Cengiz Arslan Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovla görüşüb.

Görüşdə Faiq Qürbətov qonaqları salamlayaraq Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri barədə danışıb. İcra başçısı bildirib ki, hər iki qardaş xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olmasını bir daha Vətən müharibəsi zamanı bütün dünya gördü.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyub Ərdoğan cənablarının dostluğu və qardaşlığı sayəsində Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, min illər keçsə də soyu, kökü, dili, dini, bütün adət-ənənələri bir olan xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşəcək və yeni mərhələyə qədəm qoyacaqdır. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaqdır.

Görüş zamanı iki qardaşlaşmış şəhər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədir. Bundan əlavə tərəflər arasında birgə proqram, layihələr,  habelə təcrübə mübadiləsi, incəsənət, mədəniyyət, elm və ticarət sahələrində əməkdaşlıqların yolları müzakirə olunub.

Göstərilən yüksək qonaqpərvərliyə görə bələdiyyə sədri Cengiz Arslan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova dərin təşəkkürünü bildirdi.

2 günlük səfərləri  çərçivəsində qonaqlar Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyini ziyarət edəcək və bir sıra tədbirlərə qatılacaqlar.

Keçidlər