Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaş Çameli bələdiyyəsinin sədri Cengiz Arslan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edərək ailəsi ilə görüşüb.

03 oktyabr 2023 | 15:47

Türkiyə Cümhuriyyətinin Dənizli vilayətinin Çameli bələdiyyəsinin sədri Cengiz Arslan bu gün Biləsuvar rayonuna səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edərək, ailəsi ilə görüşüb.Görüş zamanı Mübariz İbrahimovun həyatı və qəhrəmanlığı barədə söhbət aparılıb, əziz xatirəsi yad edilib.Sonra qonaqlar qəhrəmanın ev muzeyində olublar.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ziyarətə görə qonaqlara minnətdarlığını bildirib.

 

Keçidlər