Qarabağ müharibəsi şəhidi Asif Mirayə oğlu Abdulovun yaşadığı evə xatirə lövhəsi vurulub.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Yuxarı Ağalı kəndində olaraq Birinci Qarabağ Müharibəsi şəhidi Asif Mirayə oğlu Abdulovun yaşadığı evə vurulan xatirə lövhəsinin açılışında işritak ediblər. Şəhidin valideynləri və yaxınları ilə görüşən Faiq Qürbətov Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirərək, dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını qeyd edib.
Mərasimdə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq, onların əbədi olaraq yaddaşlarda yaşayacaqları və tarixin bütün dövrlərində minnətdarlıqla anılacaqları bildirilib.