Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz tikinti işlərinin qarşısı alınıb.

01 may 2025 | 15:38

Biləsuvar rayonunda qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Rayon ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyəti yanında yaradılan komissiya üzvlərinin iştirakı ilə aparılan növbəti monitorinq zamanı  Səmədabad kənd sakini Qasımov Vaqif Möhlət oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolunun 12-ci km-də, dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsinin müəyyən hissəsində qanunsuz olaraq tikinti aparılması barədə faktları aşkar edilib.

Vaqif Qasımova inşa etdiyi tikintinin qanunsuz olması barədə müvafiq xəbərdarlıq edildikdən sonra, vətəndaş yarımçıq tikilini sökmüşdür.

Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər