Şriftin ölçüsü :

Saytın rəngi :

“Qan ver, yaşat!” təşəbbüsünə qoşulan Biləsuvar rayonunda növbəti qanvermə aksiyası keçirildi.

12 aprel 2022 | 12:27

12 aprel 2022-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin, “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin birgə təşkilatçılığı ilə rayonda növbəti qanvermə aksiyası keçirilib. Biləsuvar rayon Mərkəzi xəstəxanasında  karantin qaydalarına uyğun təşkil olunan aksiyada rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, icra nümayəndələri və bələdiyyələrin eləcə də rayon  ictimaiyyətinin   nümayəndələri aktiv şəkildə iştirak edib. Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan  toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

Keçidlər