Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə işgüzar görüş keçirilib.

29 oktyabr 2024 | 13:41

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun təşəbbüsü ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovla işgüzar görüş keçirilib.

Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayonun kənd təsərrüfatı və ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən dövlət və özəl müəssisələrinin rəhbərləri də iştirak edib.

Görüş zamanı Faiq Qürbətov rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasını təmin etmək  və gələcəkdə ayrı-ayrı sahələrdə kadr çatışmazlığının qarşısını almaq məqsədilə peşə təhsili sahəsində ehtiyac yaranan ixtisaslar üzrə  yeni qrup və ixtisasların yaradılması ilə bağlı təkliflərini səsləndirib.

Tədbirdə iştirak edən müəssisələrin rəhbərləri rayonda fəaliyyət istiqamətləri üzrə  ixtisaslı kadr hazırlığının kifayət qədər olmadığını bildirdirərək, yerli əmək bazarına uyğun peşəyönümlü savadlı kadrların hazırlanmasını yüksək qiymətləndiriblər.

Görüşdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov agentliyin bu istiqamətdə rayonda müvafiq araşdırmalar aparacağını və imkan yaranacağı təqdirdə müasir maddi-texniki bazaya malik peşə təhsili müəssisəsinin fəaliyyətinə köməklik göstərəcəyini vurğulayıb.

Keçidlər