Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı şəhid olan Əkrəm Faiq oğlu Kəlbiyevin xatirəsi anılıb.
Ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Kəlbiyev Əkrəm Faiq oğlunun birinci ildönümündə xatirəsi ehtiramla anılıb.
Mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər.
Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.