Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı şəhid olan biləsuvarlı qəhrəmanların əziz xatirəsi anılıb.
Bu gün ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş biləsuvarlı qəhrəmanlardan Azər Sulduz oğlu Məmmədovun, Rəşid Mədət oğlu Zeynallının və Rəsul Yusif oğlu Teymurovun birinci ildönümündə xatirələri ehtiramla anılıb.
Mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, General mayor Sərdar Səfərov və rayon ictimaiyyətin nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər.
Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.