Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.

18 mart 2025 | 15:11

Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Heydər Əliyev Parkında keçirilən bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə bayram tonqalı alovlandırıldıqdan sonra yeniyetmə və gənclərin əl işlərindən  təşkil olunmuş sərgilərə baxılıb, Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızının iştirakı ilə əyləncəli proqramlar nümayiş olunub, bayram münasibətilə hazırlanmış təamlardan dadılıb. Tədbir boyu pəhləvanlar və kəndirbazlar tərəfindən göstərilən müxtəlif çıxışlar tamaşaçılar tərəfindən böyük marağa səbəb olub.

Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı və rəqsləri ilə davam etdirilib.

Keçidlər