Şriftin ölçüsü :

Saytın rəngi :

Mübariz İbrahimov adına Məktəb-Lisey kompleksində “Qəhrəmanını tanı” layihəsi çərçivəsində tədbir keçirilib.

04 noyabr 2023 | 17:22
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizin cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq məqsədilə “Qəhrəmanını tanı” layihəsi çərçivəsində tədbir keçirilib.
İştirakçılar əvvəlcə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, Dövlət himni səsləndirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə, Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktorunun müavini Müşfiq Dadaşov, “Böyük Qayıdış” Gənclər təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev, Vətən müharibəsi qaziləri, liseyin müəllim və şagirdləri iştirak edib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə etdiyimiz zəfərdə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunu qeyd ediblər.
Görüş zamanı müharibə iştirakçıları döyüş xatirələrindən danışıb və gənclərin suallarını cavablandırıblar.
Sonda Vətən müharibəsi qaziləri ilə xatirə şəkli çəkilib.
Keçidlər