Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət tullantılarının yerləşdiyi poliqonda təmizlik işləri aparılır.

13 may 2024 | 11:16
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Biləsuvar rayonunda aparılan təmizlik, abadlıq, yaşıllaşdırma işlərinin tərkib hissəsi olaraq şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən ərazilərdən toplanmış məişət tullantılarının yığılaraq daşınması və zərərsizləşdirilməsi ilə bağlı aparılan tədbirlər davam etdirilir.
Kommunal Müəssisələr Kombinatı tərəfindən tullantıların toplandığı poliqondakı zibillər ekoloji qaydalara uyğun olaraq məhv edilir.
Bir daha əhalimizi ölkəmizin zəngin və həssas biomüxtəlifliyinin mühafizəsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühitin qorunması naminə həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə və ətraf mühitin çirkləndirilməməsinə daha diqqətlə yanaşılmasına çağırırıq.
Keçidlər