Şriftin ölçüsü :

Saytın rəngi :

"İstintaq davam edir" bədii filmi nümayiş olunub.

03 iyul 2026 | 16:09

Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə "İstintaq davam edir" bədii filmi nümayiş olunub.

Filmi rayon ictimaiyyəti ilə yanaşı  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da izləyib.

Qeyd edək ki, Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olan, detektiv janrlı "İstintaq davam edir" bədii filminin nümayişi daxili işlər orqanları əməkdaşlarının şərəfli xidmət yolunu işıqlandırmaq və asayiş keşikçilərinə olan ictimai ehtiramı nümayiş etdirməkdir. Filmdə təhlükəsizlik və qanunçuluq uğrunda mübarizə aparan fədakar asayiş keşikçilərinin yüksək peşəkarlığı və vətənpərvərliyi bədii boyalarla əks olunmuşdur.

Filmin nümayişi həmçinin gənc nəslin dövlətçilik prinsiplərinə sadiqlik və vətənə xidmət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Keçidlər