İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi-nin təşəbbüsü ilə Biləsuvar rayonunda “Technest” təqaüd proqramı çərçivəsində keçirilən "İT əsasları və Rəqəmsal Bacarıqlar" təlim proqramının bağlanış mərasimi keçirilib.
03 oktyabr 2024 | 14:49
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi-nin təşəbbüsü ilə Biləsuvar rayonunda “Technest” təqaüd proqramı çərçivəsində keçirilən "İT əsaslarə və Rəqəmsal Bacarıqlar" təlim proqramının bağlanış mərasimi keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi, Biləsuvar Mübariz Təhsil Kompleksinin ev sahibliyi ilə həyata keçirilən tədbirdən öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi-nin Rəqəmsal Səriştələr departamentinin əməkdaşları Zivər Məmmədli və Aysun İmanova tərəfindən təlimlər keçirilib.
Tədbirdə iştirak edən Biləsuvar rayonu İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Mübariz İbrahimov adına Lisey kompleksinin direktorunun müşaviri Ülvi Həzizadə və Start İT təlim mərkəzinin icraçı direktoru Diana Həziyeva məzunları təbrik edərək, sertifikat və hədiyyələri təqdim etdilər.
Tədbirin sonunda xatirə şəkli çəkildi.