Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı yeni quraşdırılan müasir Pivot Suvarma Sistemlərinə baxış keçirib.

20 noyabr 2025 | 10:26

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  “Lidnov Agro” MMC tərəfindən  yeni quraşdırılan “RKD” Pivot Suvarma Sistemlərinin iş prinsipi ilə tanış olmaq üçün şirkətin əkin sahələrində olub. Görüşdə Biləsuvar  DAİM-in direktoru Nurəddin Quliyev, Biləsuvar Su və Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Ədalət Babayev  və “Lidnov Agro” MMC-nin məsul şəxsləri  iştirak ediblər.

“Lidnov Agro” MMC-nin icraçı direktoru Xalid Hüseynov şirkətin gördüyü işlər və qarşıda duran vəzifələri barədə ətraflı məlumat verərək qeyd edib ki,  2042,5 hektarlıq əkin sahəsinin 855 hektarında qurulmuş 17 ədəd İspaniya istehsalı “RKD” Pivot Suvarma Sistemi nəticəsində həm  su ehtiyatlarından daha səmərəli istifadə olunacaq, həm də məhsuldarlıq yüksələcəkdir. Pivod sistemlərinin su təminatını həyata keçirəcək 160000 m3 həcmi olan süni göl yaradılmışdır. Bildirilib ki, şirkət yüksək reproduksiyalı toxum istehsalı üzrə 2024-cü ildən Ərzaqlıq Buğda proqramında da iştirak edir.

 Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov görüş zamanı ölkənin ən çətin suvarılan rayonlarından olan Biləsuvarda müasir suvarma sistemlərinin tətbiqinin artıq  günümüzün reallığına çevrildiyini qeyd edərək, pivod sistemləri ilə suvarmanın tətbiqinin kənd təsərrüfatında yeni mərhələnin əsasını qoymaqla bərabər həm də məhsuldarlığın daha da artmasına mühüm töhfə verəcəyini və gələcəkdə rayonumuzun iqtisadi potensialının daha da yüksəlməsində başlıca rol oynayacağını bildirib.

Pivot suvarma sisteminin iş prinsipi ilə  tanış olan qonaqlar bu sistemin üstünlüklərini qiymətləndiriblər.

 

Keçidlər