Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Türkdilli ölkələrin skaut federasiyalarının rəhbərlərini qəbul edib.

09 dekabr 2024 | 17:41

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan, Macarıstan, Qazaxıstan,Türkiyə, Özbəkistan, Qırğızıstan Milli Skaut Təşkilatlarının rəhbərləri və Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqları salamlayan İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycanda və həmçinin Biləsuvar rayonunda skautların fəaliyyətini yüksək qiymətləndirib. İcra başçısı Skaut hərəkatının - dünyada sülhün yaranmasına, digər xalqların adət-ənənə, din və cəmiyyətlərinə hörmətlə yanaşmağına, həyat tərzi, gənclik və məsuliyyətli vətəndaşlıq kimi anlayışların inkışafına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Görüşdə çıxış edən Azərbaycan Milli Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı 1997-ci ildən fəaliyyət göstərən Assosiasiyanın fəaliyyəti haqqında danışaraq əsas məqsədin vətənpərvər və layiqli vətəndaşlar tərbiyə edilməsinə kömək göstərməsi olduğunu bildirib. Natiq qeyd edib ki, keçən müddət ərzində Assosiasiya bir çox nailiyyətlər əldə etmiş, respublikanın regionlarında skaut mərkəzləri yaratmış, xarici ölkə gənclərinin iştirakı ilə Azərbaycanın dilbər guşələrində beynəlxalq düşərgələr təşkil etmiş, ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinin təmsil olunmasını həyata keçirmişdir.

Çıxış edənlər 8 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Turan Skautları” layihəsinin açıq sessiyasında Türk Skaut Blokunun rəsmi olaraq təsis edildiyi bildirərək, bu tarixi təşəbbüs nəticəsində Azərbaycan, Macarıstan, Qazaxıstan və Türkiyə Milli Skaut Təşkilatlarının (MST) təsisçi üzv olaraq bir araya gəlməsini xüsusi qeyd etdilər.

Görüş zamanı Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində fəaliyyət göstərən skautlar dəstəsinin fəaliyyəti xüsusi vurğulandı.

 

Keçidlər