Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı pambıq sahələrinə baxış keçirib və pambığın emalı prosesini izləyib.

09 oktyabr 2024 | 09:34

Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyyələrinə uyğun olaraq bu il Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 6915,8 hektar sahədə pambıq əkilmişdir ki, bunun da 2310 hektarı “Azərpambıq” MMC ilə, 1927,8 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 1528 hektarı "Cotton Trade" MMC ilə, 1150 hektarı “P-Agro” MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir.

Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtında suvarma suyu ilə təminatı həyata keçirilib. Hazırda  sahələrdə bol məhsul yetişdirilib.

Artıq bir neçə gündür ki, pambıq məhsulunun toplanmasına başlanılmışdır.

 Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayonun müxtəlif ərazilərində əkilmiş pambıq sahələrində olaraq fermerlərlə görüşmüş və yığımın gedişi ilə maraqlanmışdır.

Görüş zamanı aidiyyatı təşkilat rəhbərləri İcra başçısına pambıq yığımı ilə əlaqədar görülmüş hazırlıq işləri barədə ətraflı məlumat vermişlər.

Qeyd olunmuşdur ki, pambıq yığımının operativ, itkisiz və vaxtında yığılıb məntəqələrə çatdırılması məqsədilə kombaynlara və traktorlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikaların təmiri işləri başa çatdırılıb.Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb.

Pambıq sahələrini gəzdikdən sonra icra başçısı Pambıq emalı zavoduna gələrək buradakı iş prosesini izləyib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayonda pambığın tez və itkisiz yığımının həyata keçirilməsi məqsədilə təşkilat rəhbərlərinə göstəriş və tövsiyyələrini verib.

 

Keçidlər