Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “MKT İstehsal Kommersiya ” və “P-Agro” şirkətlərinin pambıq sahələrinə baxış keçirib.

11 oktyabr 2024 | 14:29
Qeyd edək ki, ötən gün Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayonun müxtəlif ərazilərində əkilmiş pambıq sahələrində olaraq fermerlərlə görüşmüş və yığımın gedişi ilə maraqlanmışdır.
İcra başçısı 10 oktyabr tarixində isə “MKT İstehsal Kommersiya” və “P-Agro” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə bağlanmış müqavilələr əsasında pambıq yetişdirmiş mülkiyyətçilərin sahələrinə baxış keçirərək, yığımın vəziyyəti ilə maraqlanıb.
Bu il Biləsuvar rayonunda əkilmiş 6915,8 hektar pambığın 1927,8 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 1150 hektarı “P-Agro” MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir.
Sahələrə baxış zamanı şirkət rəhbərləri İcra başçısına pambıq yığımı ilə əlaqədar görülmüş hazırlıq işləri barədə ətraflı məlumat verdilər. Sonra, mülkiyyətçilərlə söhbət aparılaraq onların müraciətləri dinlənilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayonda pambığın tez və itkisiz yığımının həyata keçirilməsi məqsədilə təşkilat rəhbərlərinə göstəriş və tövsiyyələrini verib.
Keçidlər