Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Binəqədi, Qaradağ, Xəzər və Sumqayıt şəhər “Gənclər evi” sosial xidmət müəssisələrindən ekskursiyaya gələn gənclərlə görüşdü.

06 noyabr 2025 | 16:31

Şəhər rayonlarından olan gənclərin Biləsuvarda kənd təsərrüfatının müxtəlif sahələri ilə tanış olmaları, eləcə də rayonun görməli yerləri, mədəniyyət müəssisələri və muzeylərinə ekskursiyalarının təşkili barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən əldə olunmuş razılığa uyğun olaraq artıq ikinci səfər reallaşıb. Bu günki səfər Bakı şəhərinin Binəqədi, Qaradağ, Xəzər  və Sumqayıt şəhər “Gənclər evi” sosial xidmət müəssisələrinin hər birindən 10 nəfərlik heyət bu günki səfər reallaşıb.

Qonaqlar səfər çərçivəsində əvvəlcə Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyini ziyarət edib, qəhrəmanın həyatı barədə məlumat alıblar.Daha sonra qonaqlar rayonun kənd təsərrüfatına, o, cümlədən pambıq sahələrinə  baxaraq, yığımı əyani şəkildə izləyiblər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov gəncləri qəbul edərək onları səmimi salamlayıb, rayonun sosial-iqtisadi inkişafı barədə məlumat verib. O, gənclərin ölkəmizin gələcəyi olduğunu qeyd edərək, onların bu kimi tanıtım səfərlərinin dünyagörüşlərinin genişlənməsində mühüm rol oynadığını bildirib. Sonda icra başçısı belə layihələrin davamlı olmasının gənclərin bölgələr arasında qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Görüşdə Biləsuvar “Gənclər Evi” sosial xidmətlər müəssisəsinin direktoru Vəkil Cəfərli çıxış edərək ekskursiya barədə məlumat verib və göstərilən dəstəyə görə gənclər adından minnətdarlığını bildirib.

Keçidlər