İcra Başçısı Amankənd kənd tam orta məktəbində olub.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Eyvaz Kərimov adına Amankənd kənd tam orta məktəbində olub.
Məktəbin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri müəllim və şagirdlərlə görüşüb. Məktəbin kollektivi ilə söhbət aparan icra başçısı rayonda təhsil işçilərinin, müəllimlərin üzərinə böyük yük və məsuliyyət düşdüyünü bildirib. İcra başçısı qeyd edib ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafi ilə bağlı respublikamızda irimiqyaslı layihələr icra edilir, yeni-yeni təhsil müəssisələri tikilir, məktəblərin maddi-texniki bazası möhkəmləndirilir. Amankənd məktəbinin də bu layihələr əsasında inşa olunduğunu və müasir avadanlıqlarla təchiz olunduğunu bildirən Faiq Qürbətov, məktəbin müəllim kollektivinə cəmiyyətimiz üçün layiqli vətəndaşların hazırlanması yolunda uğurlar arzulayıb.
Məktəbin direktoru Murad Kərimov icra başçısına məktəb haqqında ətraflı məlumat verdikdən sonra məktəbə göstərdiyi qayğıya və müəllimlərə göstərdiyi səmimi münasibətə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.