Şriftin ölçüsü :

Saytın rəngi :

https://www.facebook.com/Bilesuvarrayonu/posts/pfbid024TyQsLqm5E9NM2NEr6BKQrswt5xWBjHGJEskKL4hX4RpJjE21fUGT9ciGUQUHEyCl

31 oktyabr 2023 | 09:47

Biləsuvar şəhər N.Nərimanov adına  6 saylı tam orta məktəbin Ümummilli Lider Heydər Əliyevin 100  illik yubileyinə həsr olunmuş "Böyük ömrün salnaməsi" adlı tədbirində Biləsuvar  Rayon İcra hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, ümumtəhsil məktəblərinin rəhbərləri və məktəbin kollektivi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin adını daşıyan parkdakı abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər.  

Tədbirdə çıxış edən  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük hissəsi ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub.Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

 Faiq Qürbətov bildirib ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, 6 saylı  məktəbin direktoru Nurəngiz Bədəlova bildiriblər ki, böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Tədbirdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.

Sonda xatirə fotosu çəkilib.

Keçidlər