Şriftin ölçüsü :

Saytın rəngi :

Günəş Elektrik Stansiyasında tikintinin gedişi ilə bağlı növbəti görüş keçirilib.

18 mart 2026 | 15:39

Biləsuvar Rayon İcra Hakimiyyətində rayonda inşası davam etdirilən Günəş Elektrik Stansiyasının (GES) tikinti gedişatına dair növbəti işçi görüşü keçirilib. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin və onun tərəfdaşı olan “NVVEPDİ AZE” MMC-nin mütəxəssisləri iştirak ediblər.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və “NVVEPDİ AZE” MMC-nin direktoru Du Ning, layihə meneceri Xue Jongfeng, tikinti-texniki departament meneceri Gülnara Gözəlova, sahə meneceri Abbas Bağırov, “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin tikinti meneceri Kamil Manafov  tikinti işlərinin faktiki vəziyyətini qiymətləndirərək, qarşıda duran vəzifələri müzakirə ediblər.

Layihə çərçivəsində tətbiq olunan ən müasir texnologiyalar və ekoloji standartlar barədə qonaqlar tərəfindən geniş məlumat verilib. Bu nəhəng enerji obyekti istifadəyə verildikdən sonra həm bölgənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək, həm də rayonda yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. Görüşün sonunda tikinti prosesinin sürətləndirilməsi və işlərin müəyyən olunmuş qrafikə uyğun tamamlanması məqsədilə müvafiq koordinasiya məsələləri razılaşdırılıb.

 

Keçidlər