Şriftin ölçüsü :

Saytın rəngi :

Faiq Qürbətov gənc rəssam Günay Əliyeva ilə görüşüb.

19 iyul 2024 | 11:29

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov gənc rəssam Günay Əliyeva ilə görüşərək  rəssamın yaradıcılıq planları ilə maraqlanıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Günay Əliyeva bu sahədə alacağı təhsil, gələcəkdə görəcəyi işlər və yaradıcılıq planları haqqında danışıb.O, qeyd edib ki, əsərlərində rəssamlığın rəngkarlıq və qrafika sahələrinə daha çox üstünlük verir.

İcra başçısı gənc rəssama gələcək işlərində bir daha uğurlar arzulayaraq yeniyetmələrin bu sahəyə olan maraqlarının daha da artırılması baxımından bu istiqamətdə olan tədbirlərin mütəmadi olaraq keçirilməsini tövsiyyə edb.

Günay Əliyeva və atası onlara göstərilən qayğıya və görüşə görə minnətdarlıqlarını bildiriblər.

Görüşdə YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar Dövlət Rəsm Qalareyasının direktoru Rövşən Cənnətov da iştirak edib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər