Şriftin ölçüsü :

Saytın rəngi :

Faiq Qürbətov Birinci Qarabağ Müharibəsində şəhid olan İmanverdi Hüseynovun və Coşqun Qurbanovun ailələrini ziyarət edib.

16 mart 2023 | 10:07

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov torpaqlarımızın azadlığı uğrunda aparılan Birinci Qarabağ Müharibəsində şəhid olan İmanverdi Tarverdi  oğlu Hüseynovun və Coşqun Yusif oğlu Qurbanovun Ağalıkənd kəndində yaşayan ailələrini ziyarət edərək, valideynləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüşdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar RİHB-nin məsul əməkdaşları və müharibə iştirakçıları da iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhid ailələri ilə görüşdə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Birinci və İkinci Qarabağ döyüşlərində canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.

İcra başçısı qarşıdan gələn Novruz bayramı münasibətilə şəhid ailələrini təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Şəhid valideynləri, yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər