Faiq Qürbətov “Aqropark -Yaşıl Ada” aqroparkında olaraq iş şəraitinə baxış keçirib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Biləsuvar rayonunda yaradılan “Aqropark -Yaşıl Ada” aqroparkına gələrək, buradakı mövcud vəziyyətlə tanış olub.
İcra başçısına bildirilib ki, təsərrüfat ilində aqroparkda 2079 hektar taxıl, 1727 hektar pambıq, 73 hektar qarğıdalı bitkisi əkilib. Bu il həmçinin ilk dəfə olaraq aqroparkda qeyri ənənəvi bitkilərdən olan kinoya və amarant bitkilərinin əkini aparılıb.Qeyd edilib ki, aqroparkda əkinçiliklə yanaşı heyvandarlıqla da məşğul olunur.
Aqroparkda əkinlərin suvarılması məqsədilə müasir texnalogiyalar quraşdırılmış, 2 taxılbiçən, 2 pambıqyığan maşın, 8 traktor və qoşqu alınmışdır.
Burada çalışan işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, yataqxana və ofis istifadəyə verilmişdir.
Bundan əlavə pambığın email ilə məşğul olan pambıq email zavodu fəaliyyət göstərir.
Faiq Qürbətov aqroparkda olarkən taxıl biçinini izləmiş, buradakı pambıq email zavoduna baxmış və ərazidə quraşdırılan müasir texnalogiyalarla tanış olmuşdur.