“Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Xırmandalı kənd 1 saylı tam orta məktəbində “Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov və DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Dadaşov Azərbaycan Respublikasının Konstitusiyanda müvafiq olaraq etiqad azadlığı ilə bağlı nəzərdə tutulmuş 48-ci maddənin geniş şəkildə izahını şagirdlərin diqqətinə çatdırıblar. Tədbirdə dövlətimiz tərəfindən bu sahədə atılan mühüm addımlardan danışılıb, insanların inanc azadlıqlarına hörmət etməyin hər bir vətəndaşın hüquqi və mənəvi borcu olduğu qeyd edilib və bununla bağlı olaraq keçirilən beynəlxalq simpoziumlar və tədbirlər haqqında ətraflı məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.