Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən yola asfalt-beton örtük döşənir.
Tikintisinə bu il başlanılmış Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən 11 km uzunluğunda kəndlərarası yeni asfalt yolda işlər sürətlə davam etdirilir. Xırmandalı kəndi ilə Bəydili kəndini birləşdirən uzunluğu 20 metr olan suötürücünün inşası artıq başa çatdırılıb, Bəydili kəndində quraşdırılan uzunluğu 10 metr, eni isə 9 metr olan suötürücü qurğuda isə işlər davam etdirilir.Bundan əlavə yol boyu 62 yerdə beton borulardan ibarət suötürücü keçidlər inşa edilmişdir.
Hazırda 20 minə yaxın əhalinin yaşadığı Əliabad, Xırmandalı və Bəydili kəndlərini əhatə edən avtomobil yolunun Əliabad kəndindən keçən hissəsinə asfalt beton ortük döşənir.
Yol istifadəyə verildikdən sonra həmin kəndlərdə yaşayan əhalinin Ələt-Astara magistral yoluna çıxışı xeyli yaxınlaşacaqdır.