Şriftin ölçüsü :

Saytın rəngi :

Əfsanəvi döyüşçü Natiq Qasımova həsr olunan “Oğul” filminin nümayişi maraqla qarşılandı.

01 dekabr 2023 | 17:32
01 dekabr 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Oğul” sənədli filmi nümayiş olundu.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri Şahin Şahbazov, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Film öncəsi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri Şahin Şahbazov çıxış edərək film haqqında öz təəssuratlarını bildirib.
Qeyd edək ki, Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film riyakar erməni xislətini bir daha aşkara çıxarır. Filmdə birinci Qarabağ müharibəsi zamanı döyüşən Natiq Qasımovun qəhrəmanlığı nümayiş olunur. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. O, hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.
Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Keçidlər