Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluqçularının etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası” mövzusunda maarifləndirici təlim keçirilmişdir

19 iyun 2025 | 12:03

19 iyun 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında “Dövlət qulluqçularının etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimdə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə icra nümayəndələri iştirak etmişdir. Tədbirin məqsədi dövlət qulluqçularının etik davranış normaları barədə məlumatlılığın artırılması və mümkün pozuntuların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi olmuşdur. Təlim zamanı iştirakçılara mövzu ilə bağlı hüquqi çərçivə, praktiki nümunələr və etik prinsiplərin tətbiqi izah edilmişdir. Eyni zamanda, etik davranış pozuntularının fəsadları və qarşısının alınması yolları müzakirə olunmuşdur. Təlim interaktiv şəkildə keçirilmiş, iştirakçılar suallarını ünvanlamaq və fikir bildirmək imkanı əldə etmişlər.

Keçidlər