Şriftin ölçüsü :

Saytın rəngi :

Dəvrişli kəndində yollar qum çınqılla üzlənir.

22 fevral 2023 | 16:18

Biləsuvar rayonunun Dəvrişli kəndində bələdiyyə vəsaiti hesabına kəndin həm daxili, həm də yeni salınmış məhəllələrində yolların qum-çınqılla üzlənməsinə başlanılmışdır.Artıq yolların qreyderlə hamarlanması və bərkitməsi işləri başa çatdırılmışdir.Hazırda qum-çınqıl qarışığı ilə küçələrin üzlənməsi aparılır. Kənddaxili yolların üzlənməsi başa çatdıqdan sonra, mərhələli şəkildə yeni yaşayış massivlərindəki yolların da qumlanması aparılacaqdır.

Bundan əlavə Dəvrişli bələdiyyəsi tərəfindən yaxın günlərdə küçələrin işıqlandırılması işlərinə başlanılacaqdır.

 

Keçidlər