Şriftin ölçüsü :

Saytın rəngi :

“Bu şəhərdə”nin “Final var” adlı konsert-tamaşası nümayiş olundu.

14 noyabr 2023 | 22:13
“Bu şəhərdə”nin “Final var” adlı konsert-tamaşası nümayiş olundu.
Bu gün Biləsuvar şəhər Gənclər Mərkəzində “Bu şəhərdə” teatr komandası tərəfindən “Final var” adlı konsert-tamaşa nümayiş olundu.
Tamaşada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və “Final” qida məhsullarının alışı zamanı biletlər əldə etmiş rayon sakinləri iştirak edib.
Bundan əlavə konserti canlı olaraq hər kəsin izləməsi üçün açıq havada geniş manitor quraşdırılıb.
Tamaşadan sonra aktyorlarla görüşən icra başçısı onlara öz minnətdarlığını bildirərək, uğurlar arzulayıb. Faiq Qürbətov “Bu şəhərdə”nin kollektivinə xatirə hədiyyəsi təqdim edib.
Sonda konserti izləməyə gələn tamaşaçıların “Final” yağı olan satış qəbzlərinin arasından təsadüfi 5 nəfər müəyyənləşib və sabah teatrın kollektivi qaliblərin evində olaraq hədiyyələrini təqdim edəcəklər.
Keçidlər