Bu gün Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib.
28 noyabr 2025 | 11:17
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyəti ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yol Yaşıllaşdırma idarəsinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda növbəti ağacəkmə aksiyası həyata keçirilib.
Ələt-Astara magistral avtomobil yolunun rayonun Əsgərabad və Aşağı Cürəli kəndlərindən keçən hissəsində baş tutan aksiyaya 4 saylı Yol Yaşıllaşdırma idarəsinin əməkdaşları ilə birlikdə rayonun Kommunal Müəssisələr Kombinatının kollektivi də qoşulub.
Ərazidə ümumilikdə 1800 ədəd olmaqla şam, ağcaqayın, palıd, göyrüş və xan çinarı ağac növləri əkilərək qulluq göstərilib.






