Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanda “15 İyun Milli Qurtuluş Günü”dür.

15 iyun 2023 | 16:03
15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.
Keçidlər