Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Əhməd Babaşov dəfn olundu.
28 sentyabr 2023 | 14:43
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Babaşov Əhməd Tahir oğlunun meyitinin qalıqları bu gün şəhidin doğulduğu Bağbanlar kəndinə gətirilərək dəfn olunub.
Şəhidlə keçirilən vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Əhməd Babaşov 1974-cü il yanvar ayının 11-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. O, 1993-cü ildə Füzuli rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1993-cü ilin avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.Şəhidin meyitinin qalıqları 30 ildən sonra Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda tapılıb.