Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarlı şəhidlərin 40 mərasimi keçirilib.

30 oktyabr 2023 | 16:12

Bu gün  ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı Biləsuvar rayonunda olan şəhidlərimiz Rəsul Yusif oğlu Teymurovun, Azər Sulduz oğlu Məmmədovun və Rəşid Mədət oğlu  Zeynallının 40 mərasimlərində xatirələri ehtiramla anılıb.

Mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətin nümayəndələri  şəhidlərin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər.

Şəhidlərin 40 mərasimlərində bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

 

Keçidlər