Biləsuvarın yollarında aparılan qardantəmizləmə işləri davam etdirilir.
24 yanvar 2024 | 14:06
Gecə saatlarından başlayaraq yağan güclü qarın yollarda yarada biləcəyi çətinlikləri aradan qaldırmaq və hərəkəti təmin etmək məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən səhər saatlarından başlayaraq yolların qardan təmizlənməsi tədbirləri görülür.
Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə aidiyyəti idarə, müəssisə və təşkilatların texnikaları və canlı qüvvələri bu işlərə cəlb olunaraq mərkəzi magistrallarda, kəndlərarası yollarda, şəhərin küçələrində və piyada səkilərində qarın təmizlənməsini davam etdirirlər.
Əhalinin fasiləsiz elektrk enerjisi və təbii qazla təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülərək, qar yağması nəticəsində ağırlanmış və elektrik naqillərinə dəymə təhlükəsi olan ağac budaqları kəsilir, təbii qazın təzyiqi nəzarətdə saxlanılır. Hazırda təbii qazın verilişində heç bir problem yaranmasa da, bəzi ərazilərdə elektrik xətlərində müəyyən qəzalar baş vermişdir. Biləsuvar Elektrik şəbəkəsinin kollektivi bu qəzaların tez bir zamanda aradan qaldırılması işlərini həyata keçirirlər.