Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Zəfər gününə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.

08 noyabr 2025 | 11:02

Biləsuvarda Zəfər Parkında qələbənin 5 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında 2000 ədədə yaxın ağac əkilərək aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri Araz Əlizadə, rayonun hüquq mühafizə orqanlarının,  idarə, müəssisələrin, ictimai təşkilatların rəhbərləri, şəhər və kənd icra nümayəndəliklərinin, bələdiyyələrin kollektivləri iştirak etdi.

Qeyd edək ki, Zəfər Günü münasibətilə keçirilən bu tədbirin əsas məqsədinin ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.

Keçidlər