Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyasında 17000 ədəd ağac əkildi.

07 noyabr 2022 | 09:43
Biləsuvarda Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyasında 17000 ədəd ağac əkildi.
Bu gün Biləsuvar rayonunda 8 noyabr – Zəfər günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında 17000 ədəd ağacın əkilməsi nəticəsində Biləsuvar –Cəlilabad avtomobil yolunun Aşağı Cürəli kəndi ərazisindən keçən hissəsində yeni meşə massivi yaradılıb.
Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin, ictimai təşkilatların, şəhər və kənd icra nümayəndəliklərinin, bələdiyyələrin kollektivləri, şəhid ailələri və qazilər olmaqla 500 nəfərə yaxın şəxs iştirak etdi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək aksiya iştirakçılarına bu cür xeyirxah işə qoşulduqlarına görə təşəkkür edib və Zəfər günü münasibətilə keçirilən bu tədbirin əsas məqsədinin ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək olduğunu bildirib.
Qeyd olunub ki, bu cür ağacəkmə kampaniyalarında əkilən ağaclar mühafizə olunmalı, vaxtlı-vaxtında suvarılmalı və qorunmalıdır.
Keçidlər