Biləsuvarda ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konsert proqramı təqdim edilib
Biləsuvar Gənclər Evində keçirilən tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, rayonun mədəniyyət, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Çıxış edənlər "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilən tədbirlərdən dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən və ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıblar.
Çıxışlardan sonra Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin xor kollektivi, xalq çalğı alətləri ansamblı, vokal, rəqs və nağaraçalanlar qrupunun rəngarəng çıxışları təqdim olunub.
İfalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.