Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda voleybol üzrə rayon birinciliyinə start verilib

23 may 2024 | 21:22
23 may 2024-cü il tarixində Biləsuvar Olimpiya İdman Kompleksində Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 2007-2008-ci il təvəllüdlü oğlanlardan ibarət komandaları arasında voleybol idman növü üzrə rayon birinciliyinə start verilib.
Qeyd edək ki, 12 ümumtəhsil məktəb komandasından ümumilikdə 144 nəfər gəncin qoşulduğu yarışların keçirilməsində əsas məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Keçidlər