Biləsuvarda Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Biləsuvarlı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılır.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Əliabad, İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli isə Ağalıkənd kəndindən olan Vətən Müharibəsi şəhidlərinin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Görüşdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır.
Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.