Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında region açıq birinciliyi keçirilib
21 oktyabr 2024 | 09:00
18-20 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında region açıq birinciliyi keçirilib.
Birincilikdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, sektor müdiri Azad Quliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Güləş üzrə dünya çempionatının bürünc, Avropa çempionatının gümüş və bürünc mükafatçısı Taleh Məmmədov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Tural Əliyev, Olimpiya Kompleksinin direktoru Tofiq Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,təşkilat və müəssisə rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində çıxış edən natiqlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. Onların arasında hamımızın yaxşı tanıdığı sərbəst güləş üzrə Azərbaycan çempionu İqbal İlqar oğlu Astanlı və Babək Süleyman oğlu Mahmudlu Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalmışlar. Bu gün keçirilən yarış İqbal Astanlının və Babək Mahmudlunun timsalında bütün şəhidlərimizə həsr olunur. Çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Respublikanın 30-dan çox bölgəsindən 400 nəfərə yaxın idmançı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.
Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.