Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
Ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Biləsuvar Gənclər Evində "Məktəblilərin sinxron intellektual liqası"nın final mərhələsi keçirilib.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova “Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclər üçün həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib və iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi.Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.
Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən yarışlarda 19 məktəbdən 100-dən çox şagird iştirak edib.
Sonda Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin "Kainat" komandası 1-yerə, İsmətli kənd tam orta məktəbin "Qalaktika" komandası 2-ci yerə, M.İbrahimov adına Təhsil Kompleksinin "BoomShakaLaka" komandası 3-cü yerə, Bağbanlar kənd tam orta məktəbin "Azər" komandası və Xırmandalı kənd 2 saylı tam orta məktəbin "Xəmsə" komandaları 4-cü yerə layiq görülərək Biləsuvar Gənclər evinin kubok, medal və diplomları ilə təltif olunublar.