Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olunub.

14 iyul 2025 | 21:38

Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Hakimiyyəti Başçısının Aparatı, YAP Bİləsuvar rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə,müəsssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün respublikamızın sürətli inkişaf mərhələsi kimi tarixə düşdüyünü qeyd edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  çıxışında bildirib ki, məhz bu illərdə Azərbaycanda sənaye, kənd təsərrüfatı və təhsil sahələrində mühüm irəliləyişlər baş verdi. İcra başçısı qeyd edib ki, Ulu öndərin təşəbbüsü ilə yüzlərlə zavod və fabrik tikildi, minlərlə yeni iş yeri yaradıldı. Elmi potensial gücləndirildi, azərbaycanlı gənclərin ittifaq miqyaslı ali məktəblərdə təhsil almasına şərait yaradıldı. Milli kadr siyasəti sistemli şəkildə formalaşdı, milli kimliyin qorunması və inkişafı üçün əsaslı addımlar atıldı. Bu dövr, Azərbaycanın gələcək müstəqil inkişafının bünövrəsi kimi xüsusi önəm daşıyırdı.

Ulu Öndərin müəyyən etdiyi siyasi kursu cənab Prezident İlham Əliyev qətiyyətlə və uğurla davam etdirərək ölkəmizi regionda və dünyada söz sahibinə çevirdi. Məhz bu siyasət və inkişaf nəticəsində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən ölkəmiz işğala son qoyaraq tarixi Zəfərə imza atdı və ərazi bütövlüyünü tam bərpa etdi.

Tədbirdə Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanıb, onun zəngin siyasi irsinə və müasir Azərbaycanın inkişafında oynadığı rola dərin ehtiram ifadə olunub.

Qeyd edək ki, Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə respublikanın və rayonumuzun tanınmış müsiqiçiləri tərəfindən müşayiət olunan konsert proqramı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər