Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

12 dekabr 2025 | 17:51
Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mübariz İbrahimov adına Təhsil Kompleksinin dəstəyi ilə Zəfər Parkında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilatların rəhbərləri və Mübariz İbrahimov adına Müasir Təhsil Kompleksinin müəllim və şagird kollektivi iştirak edib.
Aksiya iştirakçıları parkda müxtəlif növ ağaclar əkərək qulluq göstəriblər.
Keçidlər