Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub.

10 may 2026 | 11:47

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətin Heydər Əliyev Parkında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, xatirəsini dərin ehtiramla anıblar.

Bu gün rayon ictimaiyyətinin nümayəndələri və Səmədabad kənd sakinləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Səmədabad kənd parkında yerləşən abidəsini də ziyarət edərək, əziz xatirəsini yad ediblər.

Keçidlər