Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Tolerantlıq sülhün və birgə yaşayışın təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

14 avqust 2024 | 14:58

14 avqust 2024-cü il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Tolerantlıq sülhün və birgə yaşayışın təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

  Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayan tədbirdə çıxış edən Biləsuvar RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini işlərin təşkilatçısı Ziya Qurbanov, DQİDK-nin regional bölməsinin məsləhətçisi Cavid Dadaşov və Biləsuvar şəhəri “Cümə” məscidinin imamı Hacı Əlifağa Murtuzov Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə digər sahələrdə olduğu kimi din sahəsində də aparılmış əsaslı islahatlardan danışaraq, Cənab Prezident İlham Əliyevin tolerantlıq və multikultural dəyərləri Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətinə çevirməsindən söz açmışlar. Bildirilmişdir ki, məhz elə bu səbəbdən ölkəmizdə müxtəlif etnik köklərə mənsub xalqların birlikdə, öz dini ayin və mərasimlərini sərbəst və müstəqil yerinə yetirmələri üçün münbit şərait yaranmışdır.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər