Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsində rolu”adlı tədbir keçirilib.

25 aprel 2024 | 15:08
Biləsuvar Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ziya Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov və rayonun din xadimləri iştirak edib.
Tədbirdə çıxış edənlər ölkəmizin regionda tolerantlıq ənənələrinin və multikulturalizm siyasətini uğurla həyata keçirdiyini vurğulayaraq, Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksək səviyyədə olduğunu eləcə də, heç bir dinə qarşı ayrı seçkiliyə yol verilmədiyi, dini etiqadlara hörmətlə yanaşıldığını qeyd etmişlər. Tədbir zamanı ötən dövr ərzində ölkəmizdə bu sahədə həyata keçirilən işlər, dini simpoziumlar, panellər və beynəlxalq konfransların keçirildiyi tədbir iştirakçılarının nəzərlərinə çatdırılmışdır. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və hədiyyə olaraq kitablar təqdim edilmişdir.
Keçidlər