Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda taxıl biçininə start verilib.

09 iyun 2022 | 14:50

Rayonda 2022-ci ilin məhsulu üçün 35793 hektar sahədə taxıl əkini aparılıb ki,  bundan da 9688 hektarı buğda, 26105 hektarı isə arpa məhsuludur.

Əkin  dövründə çalışılmışdır ki, fermerlər taxıl sahələrini aqrotexniki qaydalara uyğun becərsinlər.Sahələr gübrə və digər dərman vasitələri ilə təmin olunmuş, suvarma zamanı qarşıya çıxan problemlərin həllinə operativ şəkildə yanaşılmışdır.Hazırda sahələrdə məhsul yığımını  itkisiz və optimal müddətdə başa çatdırmaq üçün yüksək texniki parametrlərə malik  80 ədədə yaxın taxılbiçən konbayn biçinə cəlb olunmuşdur.

Məhsulunuz bol olsun əziz mülkiyyətçilərimiz!

Keçidlər